Kosmetologiyada yağlardan istifadə
| Yan17,2020
Təbii yağlar kosmetologiyada qırışlar əleyhinə əla vasitələrdir. Həm ucuz, həm də keyfiyyətlidir.
Bildiyimiz kimi 30 yaş qadınlar üçün böhran dövrü hesab olunur. Böhran dövründə dəri stress vəziyyətində olduğu üçün az qala hər gün yeni qırışlar yaranır. Üstəgəl – çox iş, az yuxu və ya qeyri-sağlam qidalanma öz mənfi təsirini ilk növbədə dəri üzərində göstərir. Böhran dövründə təbii kosmetika və bütün kosmetik yağlara tələbat getdikcə daha da artır. Çünki bu yağlar həqiqətən də möcüzələr yaradır! Bitki yağlarını həm kosmetika mağazalarından, həm də apteklərdən asanlıqla tapa bilərsiniz. Odur ki, vaxt itirmədən istifadə etməyə başlayın və nəticədən zövq alın…
